Reklam verin!

Uşaq vaxtı kölgəmlə oynamağı sevərdim.Elə indi də,bir də görürsən harasa gedənə,ya da şəhərimizin küçələrində avara-veyil gəzəndə,əsas da gecələr kölgəmlə demək olar ki,gizlənpaç  oynayıram.Elə indi də o vaxtkı kimi dala qabağa gedərək maraqla onun hərəkətlərini izləyirəm- kak v starıe dobrıe vremena –yəni ötən gözəl zamanlardakı kimi - bizim dildə tərcüməsi o qədər də dəqiq alınmır,bəlkə də mən alındıra bilmirəm.

Davamı...
Bookmark and Share
Baxış sayı:90     Aprel 27, 2008 14:24 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(2)
Şəhərin küçələrinə payız gəlir- asta-asta,addım-addım.Payızın küləkləri xəlvətcə casusluq edir qoca şəhərin küçələrində,tinlərində,parklarında...O tin sənin,bu küçə mənim süpürür şəhəri gah o yana,gah bu yana....Elə bil ki,məqsədi heç süpürmək də deyil.Şəhəri,camaatı axmaq yerinə qoyubdu sanki.Day demir ki,bu şəhər neçə payız yola verib,bu insanlar neçə xəzan görüb...
Davamı...
Bookmark and Share
Baxış sayı:72     Aprel 27, 2008 13:49 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(0)

Hər şey – daha doğrusu onda hər şey var idi,heç bir şey - yəni hər şeyin varlığından sonrakı üzücü boşluq həyatıma daxil olmağa qələmimin qırılmağı ilə başladı.Lap xoşladığım kriminal filmlərdəki kimi- elə bil qadir bir əl qələmimi sındırıb atdı qabağıma,və mənə niyəsə elə gəldi ki,qələmi mən özüm sındırdım.Beləcə qələmim qırıldı- yazı yazdığım yerdə.Yadıma Afaq Bəşirqızının “qələm demə,denən öyümüzün dirəyi itib,denən çörək ağacımız itib...” ifadəsi düşdü.Üst-üstə əlli manatı bir yerdə görəndə hansısa bir bankın xəzinəsinə girdiyini düşünərək həyəcanlanan Mənin- sanki bu başqa bir adamın adıdı və mən ondan danışıram - canından bir üşütmə keçdi ki,gəl görmiyəsən,tüklərim biz-biz durdu.

Davamı...
Bookmark and Share
Baxış sayı:125     Yanvar 7, 2008 20:37 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(2)

-- Diqqətlə baxın,xahiş edirəm…baxın....oğlandı …XXI əsrdə cavan oğlan,məktəbli…İlk olaraq ayaqqabısına baxın-  qara,sadə….Hələ şalvarı- heç kimin ağlına gəlməz…2007-ci il,qara trapez şalvar və qara ayaqqabı -uzunburun…Baxın-baxın….Hələ köynəyi- ağ rəngdə...

-- Yanındakı...-- Ağacı deyirsiniz?

-- Yox əşşi...Qızı deyirəm...

 

Davamı...
Bookmark and Share
Baxış sayı:139     Dekabr 16, 2007 1:03 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(2)
Mən və dostum Ramin - bizdən yoxdu. Dostluğumuzu heç bir vicdan əzabı çəkmədən dırnaq arasında təssəvvür edə bilərsən. İkimiz də özümüzü ağacdakı sapsarı armud kimi dəymiş yazıçı hesab edirik-- yazıq o adamın halına ki,bizi yemək istəsın: ağzı burnu bizim həddındən artıq yetişmiş meyvəmizin selikli maddəsı ilə bulanacaq.Davamı...
Bookmark and Share
Baxış sayı:124     Dekabr 2, 2007 12:16 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(1)
Günəşli bir gündə öz evində nahar edən Nadan müəllim «öz sevimli» arvadı ilə söhbət edərkən – daha doğrusu hansısa bir mənasız mətləbdən danışaraq artıq bu evdə adət halını almış bir dava yaratmaqla məşğul olarkən qapı döyüldü və qapının döyülmə dərəcəsindən xəbərin dəhşətli olacağını həm Nadan, həm də onun «sevimli» arvadı başa düşdülər. Əvvəlcə arvad bəd ağzını açdı və həmişə, hətta hamama, əlsuyuna gedəndə də etdiyi kimi heç bir evin kişisinə sərf etməyən bir fikir aşıladı: -Yəqin işıqdandı. Davamı...
Bookmark and Share
Baxış sayı:123     Dekabr 2, 2007 12:04 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(0)
Ulduzları barmaqla saymaq olardı o gecə...Qaranlıq gecənin fonunda insanın gözünə gah qırmızı,gah sarı görsənən ulduzlar... Doqquzuncu mərtəbənin balkonunda ikimiz yanaşı dayanmış halda sayırdıq ulduzları.Tamamilə aydın bir şəkildə- elə bil sinifdə uşaqları sayırsan – düz iyirmi bir dənə,yanıb-sönən ,ağ-sarı ulduzlar.(Görəsən ulduzlar bizi saysaydılar- yəni yanaşı durub onlara baxan sevgililəri saysaydılar nə qədər olardılar?Bilmirəm....) Davamı...
Bookmark and Share
Baxış sayı:467     Dekabr 2, 2007 11:59 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(3)

  Yazılar cəmi: 7