Reklam verin!
Yuma Ailə Jurnalı

Duman tək itmisən xatirələrdə-
Xatirə dəftərin açım,açmayım?
Gözlərin əlindən uzaq Sibirə,
Isinmək üçün mən qaçım,qaçmayım?


Bəlkə geri dönə o gecə,o yaz,
Bəlkə yağış yağa bir də yenidən,
duzlu damlaları dodaqlarından
alıb taleyimə yazım,yazmayım?

Əllərin məzara salsın əlimi,
gözlərim gözündə boğulsun,batsın,
Neyləyim o anda zaman dayansın,
fələyin saatı qırılsın, yatsın?!


Bookmark and Share
Baxış sayı:57     İyul 2, 2008 14:30 tarixində, zerdusht tərəfindən, ''''nadirler'''' bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha