Üzümdə baharın isti nəfəsi,
Dilimdə sevginin acı tamı var...
Hələ açılmayıb ömür qəfəsi,
Hələ Əzrailin çox bayramı var..
Hələ ulduzlardan düşən olmayıb,
Hələki sönməyib səmada günəş..
Ozon qatın hələ deşən olmayıb—
Yəqin ki,onun da bir adamı var...
Hələki gecəylə dostluq edirəm,
Mənimki onunla deyəsən tutur,
Gecəyə qoşulub bir yol gedirəm
Bu yolun sonunda YARADANIM var...
Dilimdə sevginin acı tamı var...
Hələ açılmayıb ömür qəfəsi,
Hələ Əzrailin çox bayramı var..
Hələ ulduzlardan düşən olmayıb,
Hələki sönməyib səmada günəş..
Ozon qatın hələ deşən olmayıb—
Yəqin ki,onun da bir adamı var...
Hələki gecəylə dostluq edirəm,
Mənimki onunla deyəsən tutur,
Gecəyə qoşulub bir yol gedirəm
Bu yolun sonunda YARADANIM var...
Baxış sayı:53
İyul 2, 2008 14:06 tarixində, zerdusht tərəfindən,
''''nadirler'''' bölməsində yazılib.
Şərhlər(0)

