Reklam verin!

Uşaq vaxtı kölgəmlə oynamağı sevərdim.Elə indi də,bir də görürsən harasa gedənə,ya da şəhərimizin küçələrində avara-veyil gəzəndə,əsas da gecələr kölgəmlə demək olar ki,gizlənpaç  oynayıram.Elə indi də o vaxtkı kimi dala qabağa gedərək maraqla onun hərəkətlərini izləyirəm- kak v starıe dobrıe vremena –yəni ötən gözəl zamanlardakı kimi - bizim dildə tərcüməsi o qədər də dəqiq alınmır,bəlkə də mən alındıra bilmirəm.


Həmişə uşaq təfəkkürüm kölgəmin hansısa artıq bir hərəkət edəcəyini  gözləyirdi.Uşaqlıqda belə bir qənaətə gəlmişdim kölgə haqqında ki, ətrafım güzgü kimi bir şeydi,amma yaxşı işləmir o güzgü,ancaq “kölgələri” göstərir.Xarab olduğundan sifətləri və rəngləri görsədə bilmir.Bu nəticə o vaxt mənim bir müddət kölgəmi rahat buraxmağıma səbəb oldu – xarab bir şey nəyimə lazım idi axı...          Sonra növbə ağacların kölgələrinə gəlmişdi – saatlarla onların hərəkətlərini izləməyə və onun gedişini tutmağa çalışırdım,burdan da nəticəm bu oldu ki,mən nəzərlərimlə kölgənin hərəkətini tuturammış.Mən ağacdan uzaqlaşdığım müddətdə nə qədər ki mən ona baxmıram, onun kölgəsi rahat hərəkət edə bilirdi. Sonradan anladım ki,ağac mənim başımı aldadırmış – sən demə onun kölgəsi  hərəkət edirmiş,sadəcə olaraq mənim balacalığımdan istifadə edərək mənimlə “məzələnirmiş”.Bu aldanışı özümə bağışlaya bilmədim. Sizi inandırım ki,uşaq vaxtında ağlım indikindən fərqli olaraq dəhşət işləyirdi,gündə bir Amerika kəşf edirdim.Bir gün isə mənim kölgəmlə oyunumun kuliminasiya nöqtəsinə çatdım – mənə axşam gün batarkən balaca həyətimizin bu başından o başına uzanan kölgəm elə böyük görsəndi ki,atamın sonradan  dediyi kimi “xam xəyallara düşdüm”.Kölgəmin bir gün,mən məsələn böyüyüb atam kimi bığlı bir kişi olanda hətta uzaq Bakidə də - mənim uşaq ləhcəm mənə Bakıya Baki deməyə imkan verirdi – onun görsənəcəyini təsəvvür elədim – boynuma almalıyam ki,xəyalı da gözəl idi...O şəhərin sakinləri bir gün mənim kölgəmi bir-birinə heyrətlə göstərəcəkdilər necə ki, bizim kənd arvadları deyir,bəs bu filankəsdi,filankəslərdən filankəsin oğludu....          Başladım hər gün kölgəmi min bir üsulla və min bir zülümlə ölçməyə - amma alınmırdı,gah laap balaca olurdu kölgəm,gah da o qədər böyük olurdu ki,ölçə bilmirdim.Dəli olurdum hər iki halda.Təsəvvür edin indi,balaca bir uşaq,əlimdə uzun ağac,həyətin bu başından o başına,o başından bu başına qaçırdım.Və bu evdəkilərin də nəzərindən qaçmırdı- deyirdilər uşaq havalanıb.Kölgəmin heç vaxt o boyda ola bilməyəcəyini söhbət atama çatana kimi mənə başa sala bilmədilər.Nəhayət son nöqtəni atam vurdu – soruşdu ki,mənim kölgəm o uzaq şəhərdə təxminən,yəni mənim fikrimcə nə vaxt görsənməlidi,mən də dedim ki,sənin boyda olanda!Elə bir inamlı nida da vurdum ki,sözümün sonunda  atam əvvəl mənim inamımın bu boyda olmasından belə bir şeyin həqiqətən də ola biləcəyinə inanmışdı – ancaq mənə dedi ki:          --Bala,o şəhərdə axı heç mənim kölgəm görsənə bilmir...Sən mənim boyda olsan da,məndən iki dəfə böyük də olsan,görsənən deyil...          Onda mənə çatdı...Əgər mən atam kimi bığı burma olanda,kölgəm görsənməliydisə,deməli atamınki artıq görsənməlidi.Bəs niyə görsənmir?          --Papa,sənin kölgən şəhərə düşmür? – deyə gözlərimi elə dəbərtdim ki,ondan sonra papa mənə “dəbərəgöz Məhəmməd” deməyə başladı.Gözlərimi o şəkilə salmağımın bir səbəbi də bu idi ki,o qorxduğum  cavabı verməsin.Həm də ola bilməzdi axı,o boyda kişinin kölgəsi şəhərə düşməsin,mənim kölgəm artıq həyətin bu başından o başına düşür axı!!...          Dedi yox bala,görsənmir.           Nə qədər ağladığımı deyə bilmərəm.Bir onu eşitdim ki,atam onun üstünə hucum çekənlərə cavab verdi ki, ”qoy xam xəyallara döşməsin”.          Bununla da kölgə oyunu bitdi.          Mən elə bilmişdim.Amma şəhərə gələndən sonra anladım ki,hələ “kölgə-kölgə”  oyunu indi başlayır...
Bookmark and Share
Baxış sayı:90     Aprel 27, 2008 14:24 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(2)

1
sima yazıb:

maraqlı hekayədir, kölgə haq. xeyli düşündüm. Kölgələr bizim təkrarımızdır sanki, bəzən böyüyür, bəzən tamam itir, amma biz varıqsa, demək, kölgə də var, görünməsə də...

İyul 3, 2008 21:54

2
zərdüşt yazıb:

hekayəni oxuduğunuza və fikrinizi bölüşdüyünüzə görə təşəkkürlər...

İyul 5, 2008 1:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha