Reklam verin!

Hardasa bir çoban deyir bayatı,

Hardasa bir çiçək açılır,solur...

Bu çoban həyatı,çiçək həyatı,

Mənim bu nigaran qəlbimə dolur...


 Hardasa kölgələr qaçır insandan,

Hardasa mələklər insana dönür,

Bu dünya qəribə olur bir yandan,

Bir yandan adicə həyata dönür.... 

Gedən quşları da nizamla dönür,

Nazamla dayanır qurbağa göldə,

Qaçan heyvanı da yuvaya dönür,

Hardasa insanlar yaşayır çöldə.... 

Sonradan oxunur fatihəmiz də,

Hardasa qu deyir öz fatihəsin,

Qovduq xatirəsin xatirəmizdən,

Gözdən uzaqlara o yazıq kəsin... 

Hardasa göz yaşı yağışa dönür,

Sonra da tökülür öz başlarına,

Qoca bəşəriyyət həyata dönür,

Islananda bütün göz yaşlarına... 

Hardasa məhəbbət ağacı əkir,

Hardasa həqiqət,hardasa kədər,..

Bilmir ki,nə vaxtsa calaq edəcək-

Hardasa bir bağban tər tökür hədər... 

Mən səni gözlərəm durub hardasa,

Sən məni axtarma hardasa hədər...

Biz elə oradayıq,elə ordaca

Səndə sevinc hissi,məndəsə kədər... 

Gözümün önündə qocaman dastan,

Sən məni sevmisən,mən səni noolsun...

Mənim sənə sevgim hardasa durur,

Qoy sənin sevgin də hardasa qalsın.... 


Bookmark and Share
Baxış sayı:103     Mart 21, 2008 14:34 tarixində, zerdusht tərəfindən, ''''nadirler'''' bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha