Ayaz vurub çiçəkləri,
Gülündə hal qalmayıbdı...
Bəşər şəhər olubdu,bil,
Elində hal qalmayıbdı...
İnsanlıq bir ağır yükdü,
Doğulan qamətin bükdü,
Böyüdükcə yerə çökdü-
Belində hal qalmayıbdı...
Kərəm artıq çıxıb yaddan,
Yanmaq artıq düşüb moddan,
Simurq çıxa bilmir oddan-
Külündə hal qalmayıbdı...
Baxış sayı:101
Mart 21, 2008 14:26 tarixində, zerdusht tərəfindən,
''''nadirler'''' bölməsində yazılib.
Şərhlər(0)

