Reklam verin!

-- Diqqətlə baxın,xahiş edirəm…baxın....oğlandı …XXI əsrdə cavan oğlan,məktəbli…İlk olaraq ayaqqabısına baxın-  qara,sadə….Hələ şalvarı- heç kimin ağlına gəlməz…2007-ci il,qara trapez şalvar və qara ayaqqabı -uzunburun…Baxın-baxın….Hələ köynəyi- ağ rəngdə...

-- Yanındakı...-- Ağacı deyirsiniz?

-- Yox əşşi...Qızı deyirəm...

 


--Bilirəm,ilk baxışda hamının diqqətini elə o çəkir...asas da o manyak baxışları..Amma siz bir ağaca baxın... İlahi,çinar ağacı…çəhrayı gövdə və ağ aşağısı- əhənglə ağardılmış…Necə də incə bir sənət nümunəsidir…Hələ yarpaqlar- yamyaşıl…Diqqətlə baxın,heç bu kiminsə ağlına gələrdi?...Yamyaşıl yarpaqlar..

-- Əşşşi…

-- Səbr,səbr…Hələ buna baxın…arxa planda ağappaq 07…Qapqara qaraldılmış təkərlərlə…Hələ sideniyala- ağ plasmasdan…Bəli-bəli plasmas…Qaqaş özü qoydurub…Kafedəki stullardan…Dəri sideniyaları çıxartdırıb,mırta plasmas sideniyalar qoyub maşına...Hələ onların ortasındakı bəzək- qapqara….Hələ qabaq işıqları- qapqara…diqqətlə baxın...İşıq- amma qapqara...

-- A kişi….

-- Ə bir az səbr…Bax sən Allah….Oğlanın qaşlarına bax…

-- ..Nə dəxli var?

-- Bax da,qara ayaqqabı,qara şalvar ,ağ rubaşka və kimin ağlına gələrdi qapqara şəvə kimi can alan gözlər və qaşlar…Buna deyərəm stilni...Hələ qıza baxın….Yox buludlar yaddan çıxdı…ağappaq…Təsəvvür edirsiz də- ağappaq buludlar…möcüzədi….

-- A kişi….

-- Əşşi tələsmə görüm…Qıza bax…qara ayaqqabı- heç kimin ağlına belə gəlməz….Ağ corablar…Ağ və qara damalardan ibarət yubka….Ağ köynək…İnanın mən bu fotonun qalib olacağına inanıram….

-- Mən isə inanmıram ki,bu heç axırıncı yeri tutacaq…

-- Əşşi nə danışırsan….Sən hələ qızın gözlərinə fikir vermisən?

-- Nədi ki?

-- Bax da…Qara yubka,qara ayaqqabı,ağ köynək,2007-ci il,və qızın qıpqırmızı gözləri...

-- Bu nədi belə…

-- Əşşi aparatın qırmızısı düşüb gözlərinə…təsadüf və buyrun,əsl incəsənət əsəri…evrika... manyakdı ee,qız deyil..qaniçəndi...Onun baxışlarına bax....Fotoqrafı dirigözlü yeyir...

-- Siz məzələnirssiz?

-- Nə danışırsan….bu mənim şah əsərimdi….hələ bura baxın...Onlar harda durublar?

-- Cibimdə...Mən nə bilim bura haradı....

-- Yox...yox...Məkanın fərqi yoxdur....Baxın...Qara və ağ rəngli geyimlərdən ibarət bir görüntü...2007-ci il...Harada?...Boz asvaltda....Doğrudanmı ironiyanı hiss etmirsiz?

-- Əşşi…

-- Ə bir dayan görüm ey…Nə əşşi-məşşi salmısan....Bura bax əzizim….Bax…Heç əsas məsələdən xəbərin yoxdu ki… Səni kim otdurub ee bu münsiflərin yerinə….Sənin heç başın çıxmır şəkildən…

-- Necə bəyəm?

-- Ə bura bax….Çınarın altı…Niyə? İstidi…Düzdü?…Maşının da şüşələri enib…İstidi…Asvaltdan dəm qalxır….Düzdü?

-- Noolsun?

-- Oğlanın burnunda təri görürsən?

-- Tutaq ki görürəm…

-- Incəlikdi…İncə işdi…İncəsənət əsəridi….Hələ Günəş…

-- Doğurdan,hanı Günəş?

-- Görürsüz,yoxdu…Halbuki onlar kölgədə durublar,halbuki oğlan tərtləyib…Halbuki…

-- Əşşi,Günəş hanı…..-kişi əməlli başlı hirsləndi,

-- Günəşi göstər mənə!

-- Görürsən,dahi əsərdi….Günəş yoxdu….Günəşi fotoşopla götürmüşəm…Hər tərəf işıqlıdı,dəhşət istidi...Nəfəs almaq olmur...Göydən və insanların sifətindən zəhrimar yağır....Amma Günəş yoxdu...İncəlikdi eee bu...

-- Yox,mən bunu müsabiqəyə buraxa bilmərəm… Qondarmadı…

-- İncəsənət əsəridi….

-- Siz axı hansı ağılla Günəşi götürmüsüz….Kim icazə verib sizə ki,insanları Günəşdən məhrum edirsiz?

-- Sən deyəsən heç nə başa düşmürsən…”ironiya sudbı” da,…yəni talenin,fələyin zarafatı,istehzası,yumoru,daha könlüm sənə desin...mırtı,məzəsi...yəni təbiətin şıltaqlıqları…..        

-- Məmməd…Otağa balacaboy,amma kötük kimi biri girdi.

-- Bəli Səid müəllim…

-- Rədd eləyin bu dəlini burdan….

Səid müəllim ayağa durdu.Pultdan kondisioneri söndürdü.Pəncərəni açıb pərdəni araladı.Başı partlayırdı….

-- İt oğlu it….Başım partladı ki...

Əlini gözünün üstünə tutdu ki,günəşin gözyandıran şüalarından gözlərini qorusun.Diqqətlə aşağıda, əlində şəkil,başını yellədə-yellədə gedən bayaqkı fotoqrafa baxdı.Bərkdən dilləndi:

-- Axmaq oğlu,axmaq…

….Qapı açıldı və bayaqkı “kötük” yenə içəri girdi:

-- Səid məllim,məni çağırmışdız?

Əlinin biri qaşlarının üstündə, günəşin altında od tutub yanan küçəyə baxırdı ki,bir yağış başladı,o parlaq işıqların altında,Günəşin altında ki, gəl görəsən.Tut ucundan,dırmaş yuxarı.Gözlərinə inana bilmirdi.İlk dəfə idi belə bir şeylə qarşılaşırdı: eyni zamanda həm yağış yağır- özü də necə, həm də günəş gözlərini qamaşdıracaq dərəcədə işıq saçırdı.Ağzı açıq qalmışdı..

..“ironiya sudbı”...

-- Məmməd

Bəli Səid müəllim…

-- Qaytarın onu - əli ilə aşağada,yağışın altında,və eyni zamanda günəşin altında qaça-qaça döngəni dönən fotoqrafı göstərdi…--  Tez edin…..

Fotoqraf qapıdan içəri girdi və maraqla Səid müəllimə baxdı.Səid müəllim birdən danışmağa başladı:

-- Mən o şəklin mənasını indi başa düşdüm...gözəl şəkildi...cavan oğlan...cavan qız...məktəbli forması....hələ ağac...ilahi,mən hələ belə ağac xatırlamıram...hələ boz asvalt...qızın gözlərində qırmızı...oğlanın qara qaşları....və talenin...necə dediz...ironiyası...gülüşü....yəni bütün bunların üstündə bir Günəşin yoxluğu...sanki xeyir-duanın yoxluğu..doğrudan gözəl şəkildi....hələ buludlar...ağappaq- yəni gələcəyə ümid,ağappaq,işıqlı ümid...ağ 07...sanki bir uçan xalça...arzular,xəyallar....hələ siz bir şeyi unutmuşduz...        

Fotoqraf susub gözlərini döyür....        

-- Bilirsiz nəyi?....Oğlanın qızın əlindən tutmağını..yəni qətiyyət...məqsəd...hələ rəngli şəkildə  ağ və qara rənglərin qarışığı- həyatın iki üzü,şahmatın damaları...ideal şəkildi...mən hələ fikir verdim- oğlanın köynəyinin düymələrindən biri boşalmışdı...sallanırdı...bunu sözlə ifadə eləmək mümkün deyil...bunu hiss eləmək lazımdır...hələ siz qeyd etdiz...incəlik...oğlanın burnunun üstünün tərləməyi...yox qardaş bu şəkil birinci olacaq...ən azından ona görə ki,şəkildə təsvir olunanları hamı yaşayıb- məktəb illəri...ilk sevgi...son zəng...sən dahisən...        

Fotoqraf susur.        

-- Sənin xətrinə dəydim bayaq..        

Səid müəllim yaxınlaşıb onu qucaqlayır,gözləri kövrəlib.Fotoqraf isə key kimi əlləri yanında dayanıb.        

-- Xətrinə dəyməsin...bayaq min dənə şəkilə baxmışdım,hamısı da gic-gic şeylər.Yorulmuşdum...şəkilin gözəlliyi mənə çatmırdı...Hələ o maşındakı plasmas oturacaq stullar...Adi çayxana stulları...yəni qondarmalıq....geydirməlik və onunla yanaşı original...dəyişilməz...ölməz təbiət...həmişəki kimi...Dəhşət şəkildi o...Məmməd...        

-- Bəli Səid müəllim...-“kötük” yenə içəri girir.        

-- Nəhayət...ay Məmməd...nəhayət axtardığımı tapdım....bax budu...-fotoqrafın əllərinə baxır.- Şəkili göstər ona...        

Fotoqraf susur.Məzlum-məzlum Səid müəllimin sifətinə baxır.        

Səid müəllim iki saniyə susur və birdən qışqırır:        

 -- Şəkli göstər...Hanı şəkil?...        

 -- Cırdım...-fotoqraf sakitcə dilləndi – hirsləndim və cırdım...demişdim axı,talenin,zamanın məzəsi,mırtı...        

Səid müəllim bir anlıq duruxur.Sonra asta-asta kreslosuna çökür.Fotoqrafa baxır,Məmmədə baxır,sonra kabinetinin divarlarına vurulmuş şəkillərə.Yavaşca əlini yellədərək onları otaqdan çıxardır.Yenə pəncərənin qabağına keçir.       

  -- Axmaq oğlu axmaq...- yenə də fotoqrafın başını yellədə-yellədə getməyinə baxıb pıçıldadı - Axı sənin o fotoşopunda,yaddaşda şəkil qalmalıdı axı...

--  Səid müəllim,məni çağırmışdız?- yenə “kötük” girir içəri.

-- Yox...əzizim...Bu günlük azadsan...- əlini havada yellədir.“Kötük” otaqdan çıxır.        

Yenə yağış yağır.Ancaq artıq günəş yoxdu.Sadəcə yağışlı havadı....Artıq talenin məzəsi də yoxdu...Və elə bil ki,heç olmayıb.Şəkil də yoxdu artıq- talenin məzəsinin guya ki, göstəricisi olan şəkil.Şəkil elə özü talenin məzəsinin qurbanı oldu.Heç əslində gözəl də deyildi o rəngli dünyanın ağ-qara şəkli...Kimə lazım idi axı?Ay nə bilim qızın manyak gözləri,oğlanın az qala qırılmış düyməsi,ya da onların başı üstündə olmayan Günəş!!Kiməsə lazımdı bu?

Heç kimə....
Bookmark and Share
Baxış sayı:139     Dekabr 16, 2007 1:03 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(2)

1

Cox xoshuma geldi. smile beyendim. tez tez yaz. oxuamgima peshiman olmadim. wink

Aprel 20, 2008 18:34

2
Nahid yazıb:

maraqlıdı.dilinini bir az da oxunaqlı elə. amma üslubun mənə tanışdı, yaxşı məna da

Sentyabr 8, 2008 23:18

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha