Mən və dostum Ramin - bizdən yoxdu. Dostluğumuzu heç bir vicdan əzabı çəkmədən dırnaq arasında təssəvvür edə bilərsən.
İkimiz də özümüzü ağacdakı sapsarı armud kimi dəymiş yazıçı hesab edirik-- yazıq o adamın halına ki,bizi yemək istəsın: ağzı burnu bizim həddındən artıq yetişmiş meyvəmizin selikli maddəsı ilə bulanacaq.
Bəlkə də beyinlərimizin hansısa küncündə kimin armudunun daha sağlam olması haqda bir kommunist qəzeti izah,təhlil,sübüt və s.-- “girdirmə” və sağlam fikirlər – var. Hər halda məndə bu belədi,və mən onun da mələk olduğuna inanmıram. Yəqin siz də bu fikirlərin məğzını anlayarsınız: ayranına kim turş deyər axı? ...Allah sənə rəhmət eləsin, Şeyx Nizamı,heç bir poemanı səbirsizliyimdən axıra kimi oxumasam da, Allah sənə rəhmət eləsin..Öz aramızdı,gör biz nə gündəyik-- başqa millətlər ədəbiyyatın südüylə,qaymğıyla ad çıxaranda biz kimin ayranının turş olması haqda fikirlərlə yerimizdə sayırıq.... Amma hər ikimiz bu fikirləri çox dərinə basdıraraq sülh danışıqlarına gəlmiş erməni-müsəlman liderləri kimi gülürük-- iqtidar-müxalifətin bir-birinə qərəzli baxışları bizə yaddı. Hər ikimizin dəfələrlə həkim ağızdan diş çekər kimi bir-birimizdən söz çəkməyə,hansısa bir hərəkətimizin və ya yazımızın başqası tərəfindən necə qəbul olunduğunu öyrənməyə cəhdlərimiz çox olub-- amma hamısı hədər.İkimiz də susuruq. Mən hətta bu sakitliyinə görə ondan şübhələnirəm; deyirəm birdən o hansısa quruma gizli xəfiyyə-zad işləyər --bu axı indi “mod”dadı . Yoxsa ki çoxdan öz vicdan borcumu yerinə yetirərək onun yazılarının boş,mənasız ,nənəm demişkən “xortalamac” olduğunu açıq aydın sifətinə yapışdırardım.Nə isə.... ...Yenə də əvvəlki sənətimlə bağlı sözlər....bu sənəti nə qədər əlləşirəm beynimin avtomatik sistemindən çıxara bilmirəm - kompüterə yazılmış pozulmaz proqrama bənzəyir bu. Gecələr yuxuda də yazıçılıqdan yox,o unutmaq istədiyim sənətdən danışıram. ... Hal-hazırda mən bu fikirlərimi başımın bir küncündən o birinə təpikləməklə məşğul olarkən (ilhamım bütün mövcudluğu ilə məni tərk edərək “otpuskaya” getdiyi vaxtlarda mən adətən belə bir “futbolla” məşğul oluram,və belə dövrlərimi yaradıcılıq sayıqlaması adlandırıram) biz elə həmən dostumla oturmuşuq bizim üçün ayırılmış kabinetdə. Hər ikimizin dəhşətli dərəcədə yaradıcı təfəkkürə malik olduğumuzu düşünən müdriyyət -- Allah onun ömrünü uzun eləsin,o mənim barədə şəxsən yanılmayıb - belə məsləhət bilib ki,bizim otağa daha heç kim yerləşdirilməsin və biz rahat yazıb-yaradaq,Azərbaycan ədəbiyyatında hələ xoruz banı eşitməmiş səhifələr açaq.. Elə səhifələr ki,onları oxuyan klassik və müasir yönümlü yazıçılar yazmağa artıq heç bir gizli və aşkar həyat səhifələri tapmasınlar və estafeti bizə verərək yazmasınlar... .... bəsdı də.nə qədər onların nazına dözmək olar...bəs bu xalq bizi nə vaxt kəşf edəcək?....Bəs bu ədəbiyyat tarıxı onlardan nə vaxt əl çəkib bizdən yazacaq?.......Nə isə... Məhz bu səbəbdən bizim vaxtımız çox dəyərlidir - hər dəqiqəmiz qızıldır. Vaxtımızın qızıl olduğunu ilk dəfə kəşf edən Azərbaycan yazıçısı ,Mən,istədim əvvəl bizim kabinetin qapısına bir elan asım ki,bizi narahat eləmək ( əslində özümü nəzərdə tuturdum ) Azərbaycan ədəbiyyatı tarıxının yalan olmasın bir on səhifəylə şərh edəcəyi bir yaradıcılıq məhsulunun korlanması deməkdir. Amma dostum məni vaxtında ayıltdı ki,bu lağlağıya oxşayır. O həm də mənə xatırlatdı ki,bu tikbaşlığı nəinki Azərbaycanda,heç dünyada da edən olmayıb. Mən də təbii ki,özzümü saxlaya bilmədim və dedim ki, mən heç kimə oxşamıram və ümumiyyətlə məndən yoxdu. O isə özünü saxladı və yalnız şeytana lənət oxudu. Bu da bizim hətta ola biləcək ən ağır davamız! O heç vaxt “şeytana lənət”dən o yana keçmir və bu məni əsəbiləşdirir.Mən məcburən belə hesab edirəm ki,əsl yazıçı söyüşkən,səbrsiz,loru dildə desək heyvərənin biri olmalıdılr-- çünki mən özüm beləyəm. Və məhz bu səbəbdən özümü heç vaxt elitni yazıçı kimi görə bilmirəm.Ramin isə tamamilə əksinə:o özünü əsl centlmen kimi aparmağı bacarır- lap elə bil fırt eləyib ingilisin burnundan düşüb.Onun ən pis sözü elə o “şeytana lənət” ifadəsidir. Bu da məni tamamilə özümdən çıxarır və mən az qalır belə anlarda götürüm qarşımdakı su kruşkasını keçirim...nə isə....... Dediyim kimi oturmnuşuq kabinetdə. Dostum əlində qələm nə isə düşünür. Mənsə yuxarıda qeyd etdiyim kimi əməlli başlı “futbol” oynayıram.Oyunun ən kritik anında - mən sanki “penalti” zərbəsinə hazırlaşırdım - qapı qəfil açıldı və surətlə 180 dərəcə dönərək divara çırpıldı.Mənim bütün fikirlərim elə ciddi-cəhdlə qaçışıb dağılışdılar ki,sanki onları kimsə görə bilərdi.Mən artıq bu tərbiyəsizin kim olduğunu bilirdim və onun qulağı eşidə-eşidə əcdadlarını qəbirdən çıxarırdım.Dostum isə yalnız qələmi stolun üstünə tulladı və şeytana lənət oxumaqla kifayətləndi.Səbəbkar isə həmişəki kimi çayları süzə-süzə gülürdü - o heç vaxt mənim söyüşlərimə fikir vermirdi: yəqin başa düşürdü ki,mənim kimi istedad sahibi və gələcək xalq tərəfindən birdən-birə kəşf olunacaq mütəfəkkir tərəfgindən söyülmək də savabdır - bəli bu tərbiyəsız çayçı idi.Bizim jurnalın redaksiyası ilə yanaşı balaca bir çayçısı vardı və hərdən ağlına gələndə,sifarişsiz filansız bizə çay gətirirdi: heç olmasa başa düşürdü ki,yaradıcı adamların ( adamın ) enerjiyə ehtiyacı çox olur və ona niyəsə elə gəlirdi ki,onun gətirdiyi rəngi ayrana çalan çay bizə dəhşət enerji verir.Day demirdi ki,hər o gələndə olan-qalan müsbət enerjimizi də əlimizdən alır. Bütün görünüşü ilə bəlli idi ki,dostumun ilham pəriləri (əgər onda onlar varsa ) artıq özlərini pəncərədən aşağı atmışdılar.O dilləndı: --Bütün motivlər pozuldu....... Rəsmi sentimental dil onun əsas üslubudur - elə bil deputat - zaddı. Pəhləvanlar kimi balaca sifətə və ona əks olaraq iri gövdəyə malik olan çayçı onun bu sözlərini eşidib bir neçə saniyə mat-mat ona baxdı və birdən mənə tərəf dönüb dilləndi (onun mənə tərəf çevrilişi elə qəti oldu ki,ani bir anda bu pəhləvan cüssəli adamı sanki indi kəşf etdim və bayaqkı söyüşlərim də yadıma düşdü,ümumiyyətlə bütün borclarım da - bir sözlə qorxumdan oturduğum kreslodaca qurudum - elə bil ki,kreslo da qurumuşdu,cırıltısı da gəlmirdi. Qorxu nə axmaq şeydi,ALLAH bilib dəvəyə qanad verməyib eee...) --Zəmanə dəyişib,ayə... Mən də nədən qorxuram.. əşi bu elə həmin çayçıdı da- hər gün bizə çay gətirən. Özü də həmişəki kimi yenə də zəmanənin dəyişməsinə bir sübut tapıb. Qeyd edim ki,o hər dəfə zəmanənin bir yeniliyi ilə gəlirdi yanımıza - gah qısalmış yubkalar,gah onun evindəki magintofondan bərk səs çıxardan bapbalaca telefonlar,gah avtobus və metrolarda cavanların “böyük-kiçik” anlayışları,gah da heç cürə başa düşə bilmədiyi və adını da “internat” kimi tələffüz elədiyi kompüterlər əməlli başlı narahat edirdi onu. --Yenə nə olub?—mən səbrli adamlar kimi sözləri elə dart-darta dedim ki, ani moment dostumun təəccüb dolu nəzərlərini də üzərimdə hiss elədim.(Bax belə təəccüblənərsən..) --Ayə biz yazı-pozuyla məşğul olanda , o motifdi nədi,ona biz ilham deyərdik.İndi ona təzə pasport-zad veriblər? Deyirəm adamda necə bir abırsız sifət olmalıdır ki,belə istedad sahiblərinin (daha doğrusu sahibinin ) qarşısında yazı-pozudan,ilham pərisindən danışasan.Hələ bu yazı-pozu kəlməsini deyərkən özünü elə dartır,elə bil mən cəhənnəm,ən azı mənim dostumdan gözəl şer yazır. Dostum dilləndi: --Öz şerlərindən heç olmasa birini deyə bilərsən? --Sevgilimi ərə verən gün,hirsimdən,-əli ilə elə maraqlı jestlər edirdi ki,gözlərimiz kəlləmizə çıxmışdı - içim çulğalandı dana....elə bil ki,gözlərimə mələklər görsəndi,ağlıma elə iki misra gəldi: ... Mən doyunca gülməyə hazırlaşdığımdan tez əlimə bir qəzet aldım ki,güləndə ağzıma tutum. Ancaq, dostum demişkən lənətə gələsən,o gün gülmək mənə qismət olmadı.... Doğrudan da,şeir o qədər gözəl oldu ki,belə bir şeri mən yazmadığıma görə az qaldı lap ağlayam.O qədər həyəcanla şerə qulaq asdım ki,cəmi dörd sətirdən ibarət olan şeri yadımda saxlaya bilmədim — sonradan nə qədər axtardımsa da o məzmunu əhatə edən qafiyələri tapa bilmədim. Şerin məzmunu təxminən belə idi: talenin amansız küləyi əsdi,iki qoşa yarpağı bir-birindən ayrı saldı, və onlar bir-birinə həsrətdən çürüdülər. Dostum hətta ( sentimental olduğuynu yenə də gözə soxaraq ) gözünün yaşını da sildi.Əsəbimdən partladığım halda hələ məndən bir mütəfəkkir kimi rəyimi də soruşmadı — yəni mənim kimi bir şairin,yazıçının rəyinin onun heç vecinə də olmadığılnı sıfətimə çirpdı! Yox, bu gün heç mənim günüm deyil. Bizim şerin təsirindən şoka düşdüyümüzü görən “pəhləvan-şair” birdən heç mətləbə dəxli olmadan dilləndi: --Mən uşaqlıqdan çox satirik uşaq olmuşam... Bəli, artıq hakimiyyət onun əlində idi və o ağlına nə gəldi bizə döşəməliydi. Vəssalam da,indi şerin bizə verdiyi o ləzzətin ( onu da heç kim heç kimə indi havayı vermir ) əvəzini nəyi var çıxacaq. Bu mənim üçün dözülməz olsa da — hardansa yadıma hər dəqiqəsi qızıl olan vaxtım düşmüşdü ki,bu da onun şerinin qəlbimdə yaratdığı maraqlı qısqanclıq hissindən irəli gəldiyini sonradan analiz zamanı anladım ( mən hər axşam yatmazdan qabaq gün ərzində baş verənləri ən son dəqiqliyinə qədər analiz etməyə öyrəşmişəm. ) – mən buna dözməli oldum. Çünki, onun şerindən ( guya ki ) təsirlənən dostum onu bu şərəfə layiq bildi — yoxsa ki, mənim kimi iş adamının hardadı o qədər vaxtı ki, adı bir çayçının həyat hekayəsinə qulaq asım. Amma çayçı bir daha sübut elədi ki, ona qulaq asmağına dəyərmiş.Çayçı stolun birin ( icəazəsiz-filansız ) çəkdi və tərsinə çevirərək stolun arxasına dirsəklənib oturdu. -- Uşaq idim...inşa yazmalıydıq – başbarmağını gicgahına apardı və oranı övkələməyə başladı – dəqiq yadımda deyil, neçəncı sınıf idi,..Baş ağrısı olmasın,..-- sizi inandırım ki,onun ağzından bu kəlmələr çıxar-çıxmaz başım dəli kimi ağrımağa başladı,az qaldı başımı vuram stola.- bizə tapşırmışdılar ki, “təbiət oyanır” mövzusunda inşa yazaq. Sujet belə olmalı idi,bilirsiz də,inşanın planı olur— ( bir o qalmışdı bizə ədəbiyyat dərsi keçəsən ) -- əvvəl təbiətin oyanışından yazmalı idik,sonra heyvanların oyanışı, sonra insanların.Hamısını yazdım, nə bilim ağaclar tumurcuqlayır,nə bilim ayı qış yuxusundan durur,bir sözlə uşaq təfəkkürü—( sən ölmiyəsən,çayçının leksikasına bax ) – bircə axırda heç özüm də bilmədim, necə oldu mətləbə dəxli olmadan yazdım,nəticədə ki, hər şey,heyvanlar,insanlar, nə bilim təbiət qış yuxusundan oyandı, amma bizim sovxozun müdürü qış yuxusundan oyanmadı ki, oyanmadı. Heş indi də yadımda deyil sovxozun müdirinin mənim kimi uşağın anlayacağı nə səhvini tutmuşdum. Dostum guya ki,gülməkdən qəşş elədi - guya buna elə ləzzət eləyib ki,çayçının çıxışı,az qaldı qalxıb onun o üzündən bu üzündən öpə. Çayçı danışdığı əhvalatın dostumda yaratdığı təssüratları görərək ,lənətə gələsən,əhvalatın birini də danışmağa başladı.Bu gün deyəsən mənim ən axmaq günümdür. --...deməli direktor iclası aşdı,bu direktorun da – baş ağrısı olmasın ey...- ( əclaf,yadıma salma ) – bir oğlu var,bütün məktəbə, az qalır müəllimlərə də onu “primer” görsədələr, nə isə ona suallar verməyə başladılar,- yəni bəs necə edək uşaqlarda oxumağa həvəs artsın, elmi məhsuldarlıq artsın - yəqin yadınızdadı da,sovet dövrü,hamının necə ki, kənddə qoyunu vardı, hamı qoyuna baxırdı,hamı hökümətə qoyun yunu verirdi, o formada da hamının uşaği olmalı idi,və o uşaq əla oxumalı idi...hə nə isə ...bu direktorun oğlu nümunəvi şagird olduğundan sualları buna verməyə başladılar,... ay necə edək uşaqlarda kitaba həvəs çox olsun, neyləyək ki, uşaqların beyni oxuduqlarını yaxşı qəbul etsın...bu başına döndüyüm “nümunə” də dilxoşduğuna salıb, ay təbiətin qoynunda oxumaq lazımdır, təmiz hava insanın beyninə xeyirdir... oxumaq hər gün lazımdır... elə yerdən bir uşaq qalxdı ki,bəs,məni atam hər gün qoyuna göndərir,oxumağa vaxt yoxdu.... direktorun dil damağa qoymayan oğlu duruxdu, nə deyəcəyini bilmədi... köməyinə atası çatdı,nə çatdı - elə bil qoç Koroğlu Eyvazı haraylayır... başına döndüyüm direktor da guya ki ağıllı məsləhət verir, dedi ki, bəs, qoyunu üzüm arxının bu başından buraxırsan, qoyun elə heyvandı ki,arxaya heç vaxt baxmır, düz gedir, ağzında qoyun deyirsən,qaçıb durursan arxın bu biri başında, kitabını açıb oturursan yerə, birinci qoyunun başı üzüm cərgəsinin arasından çıxanda durursan ayağa, qoyunun ağzın döndırirsən geri,yenə qaçıb durursan üzüm cərgəsinin o biri başında, və birinci qoyun oğlunun başı görsənənə kimi oxuyursan, əsas məsələ odu ki, başın oxumağa çox qarışmasın ki,üzüm cərgəsinin bu başında birinci qoyunun başını görəsən,birdən çaşıb görməsən, day sənin deməli onlardan fərqin yoxdu,çünki, qoyun olmaqlarına baxmayaraq bir də iki saata oları cərgənin arasına yığa bilməzsən... direktor belə aydın və səlis izah etdiyinə görə şəstlə dayanıb bir iyirmi dəqiqə alqışlara qulaq asmaq istəyirdi ki, mən özüm də bilmədim hansı cəsarətlə əlimi qalxızaraq sual vermək istədim. Mənə cəld söz verdilər ki,nə sualım var verim sonra böyük məmnuniyyətlə direktoru bir iyirmi dəqiqə alqışlasınlar. Mən ayağa qalxdım,üzümü direktora tutub dilləndim: ”Yoldaş direktor,sizə kim icəazə verir ki,qoyunlarınızı dövlətin ərazisində otarasınız?” Sizi inandırıram,o gün direktorumuz yarımca saat alqışa qulaq asdı- amma hamı mənim bu sözümə əl çalırdı. Bütün zal on üç-on beş yaşlı bir uşağa əl çalırdı - heç direkitorun oğlu da belə alqış eşitməmişdi... --Sonra nooldu?- dostum elə həyəcanla soruşdu elə bil ona Səddamın edam hekayətini anladırlar. --Nolacaq,əvvəl bir neçə saat atam çalışdı məktəbin müdürünə başa salsin ki,gözünün ağı-qarası olan bircə oğlunun bu gün çox oxumaqdan qızdırması qalxıbmış. Ancaq ondan sonra həyat tamam dəyişdi - məndən qaçmağa başlamışdılar ki,gözünə döndüyüm Qarbaçov yıxdı sovet hakimiyyətin. --Sənin neçə yaşın var ki? Sualımı verməyimə peşman oldum- gülərək otağı elə təvazıkarcasına tərk etdi ki,hirsimdən bayaq lənət oxuyaraq axirətin şirin yuxusundan oyatdığım,onun dağ döşündə yatan bütün nəslini yenidən narahat eləməli oldum. Yox qardaş belə olmaz - hər yerindən duran çayçı mənə iki saat həyat dərsi keçsə mənim heç yaradıcılıqla məşğul olaraq həyəcanla bütün dərgiləri vərəqləyib mənim imzamı gözləyən oxucularım qarşısında xəcil olmarammı? Əvvəl bir tərs-tərs dostuma da baxdım - yəni nə iclas açmısan,bura “razqavornu punkt” zaddı? Bəli də...Yaradıcı adamların ən böyük problemləri də məhz bu olub həmişə. Başqalarının maneçiliyi- bəlkə də bilərəkdən. Çayçı öz həyat hekayələri ilə birlikdə bir kabus kimi otağı tərk etdikdən sonra,mən uzun cəhdlər sayəsində əvvəlki fikirlərimə qayıda bildim. Mənim beynimdəki futbolistlər indi əks hücuma keçmişdilər. Özünü tənqid iş başında idi və mən bütün suallara cavab verməkdən bütün bacarığımla imtina edirdim. Yox bir,kimsə məni özündən razılıqda, tikbaşlıqda ittiham edəcək və mən də cavab verəcəm.Ancaq yaxşı ki,hardansa naməlum planetdən bir nəfər dəhşətli dərəcədə bizi heyrətə salaraq səliqə ilə qapını tıqqıldatdı.Yox qardaş bu ancaq əzrail-əleyhüssalam ola bilər- qapının döyülərək,icazə gözlənilməsi burada tarixə düşməli hadisədi. Dostum həyəcandan ayağa durdu,pencəyinin düymələrini bağladı - yox qardaş keçməz,əgər kiməsə oskar verməyə gəılirlərsə,bu sənlik deyilı,mən burda ölmüşəm məyər?! Tez sinəmi verdim qabağa - sən nə danışırsan,mən o qədər qonaqpərvərəm ki,qonaq qarşılamaqda heç kimi tanımıram. Dostum sakitcə yerinə qayitdı - guya ki mənə güzəştə getdi. Yox qardaş centlmenlikdə səndən heç də dala qalmaram. Qapını açdım. Bu boyda da bədbəxtlik olar? Bu gün mənim günüm deyil axı. Axı mən yazıqda bir bəxt deyilən bir şeyt olsaydı,yəqin indi qız olub kiminsə qapısında hürürdüm. Qardaş bu boyda da dərd olar? Camaata oskar mükafatını tanınmış insanlar verirlər,mənə də bu mükafatı bığlı bir “kolxoz” gətirir. Qapıdan elə dala durdum ki,baxan bir ömür mənim qapi açmayacağımı düşünə bilər. Qoy düşünsün də! Qaardaş,mən qapı açmaq üçün yaradılmışam - amma kabinetin qapısını yox. Mən Azzərbaycan ədəbiyyatının qapılarını açmalıyam acından ölən - əlbəttə ki,burda mənəvi aclıqdan söhbət gedir –azərbaycan xalqının üzünə,qoy Azərbaycan xalqı daxil olsun İzzət adlı bir restorana və başlasın doyunca dadlı-ləzzətli yeməklərdən yeyərək mənim yerimi Azərbaycan ədəbiyyatinda qiymətləndirməyə. Ancaq adamın bir az imkanı ola - yaxşı fikirdi aaa...xeyriyyə yazıçılığı....gəşəng bir restoranda yeyib-içmək və səhərisi hamı sənin əsərlərinin dadlı-ləzzətli,tamah açan olduğundan,sənin əsərlərinin bəzilərindən fərqli olaraq pivəsiz-çaxırsız da getdiyindən danışırlar... bəh-bəh... quzu kəsərəm xalqımın zövqü-xassiyyətinə.... Nə isə,qonaq içəri girdi və bizi türk qardaşlarımız demişkən “xəyal qırıqlığına” uğratdığından xəcalət çekdiyi hiss olunurdu. Heç bilmirdi nə desin - yenə də onu bu vəziyyyətdən dostum qurtardı və mən ürəyimdə dostumu nəyi var yudum,sərdim çəpərə: insanlar pis vəziyyətdə qalaraq nə edəcəklərini bilməmələri zaman mənim yaman xoşuma gəlirlər. Mən hətta əsərlərimlə də onları bu vəziyyətə salmağa çalışıram: əsərlərim insan və insanabənzərləri şoka salmaq üçün yaradılıb. Bunu əyani şəkildə hiss eləmək mənə necə ləzzət edir bilə bilməzsiniz. Ancaq mənim bu özünü çoxbilmiş kimi aparan dostum məni belə bir ləzzətdən məhrum elədi. Sizə heç bir vicdan əzabı çekmədən deyə bilərəm ki, qarşımızda hansısa karikatura,və ya hansısa multikin aşağısı namnazik,yuxarısı dəhşət böyük bir nümayəndəsi idi. Hələ bığları- az qalırdı yaşayışıma görə həyatıma,yazılarıma görə qələmimə,bu günümə,sabahıma nifrət edim. Belə də gözəllik olar? Allah bağışla məni! Yəqin Allah belə adamları “nastrenisinin” yaxşı vaxtında yaradıb. Qonaq mat-mat mənə baxırdı.Getsin, yoxsa qalsın? --Salam mileykim.Narahat eləmirəm ki? --Yox,yox..nə damışırsınız...buyurun.... --Məmməd Damdabaca.Yazıçılar birliyinə iyirmi illik namizəd..on altı şer,bir hekayə müəllifi... Mən tərs-tərs dostuma baxdım - yəni bu nə deməkdir? Dostum başını buladı-yəni tanımıram. O da tanımırsa,deməli işlər lap fırıqdı. Zalım oğlu,”obed” vaxtı iştahımı qaçıracaq. Onda mən hələ bilmirdim ki, o “abed” mənim iştahım nəinki olmayacaq,heç obed yada da düşməyəcək. --Mənim atam da şair olub,bəlkə...- mən artıq hirsimdən başımı itirmişdim. Mən sonradan,analiz zamanı - onda mən palçıq qarışdıra-qarışdıra başıma gələnləri analiz edirdim - anladım ki,mənim yanımda kim isə ziyalı,əsas da şair və ya yazıçı ata-anadan danışırsa mən dəli oluram - bunlar məndə yoxdu axı. --....mən də məhz bu səbəbdən bura gəlmişəm - o şirin-şirin dostumla danışırdı - Mən çox istəyərdim ki,atamın bu əməyi itməsin. Çünki bu poema həqiqətən çox gözəl bir poema idi. --Sovet dövrendə çap olunmuşdumu bu poema? --Yox...atam poemanın bir nüsxəsini yoldaş Stalinə şəxsən çatdırtmışdı. Dostumun gözləri kəlləsinə çıxdı: saf kimi hər şeyə inanır bu da. --Bəs Stalin nə dedi? --Yazıq “uspet” eləmədi nəsə deməyə, yəqin ki,bəxtimiz gətirdi, yoxsa indi nə mən olardım, nə də mənim on altı şerim,bir hekayəm..... --Noldu ki ona? --Poemanı oxuyan gecə,yazığı infarkt vurdu.....və atam məqsədinə çatdı,Azərbaycan xalqını böyük bir bəladan xilas etdi, minlərlə insanın intiqamını atam bir poeması ilə aldı...- bu nə danışır əəə?Təzə tarıx yazılır? Stolumun üstündə həmişə ekstreemal vəziyyətlərə hazır bir stəkan su olur- çünki əsəbi olduğumu bilərək dostum bu suyu bəlkə də mənimlə məzələnmək üçün həmişə doldurulu qoyur ki, hirslənəndə üstündən su içim. Və yaxud da öz variantım—bu stəkan sadıq bir dost kimi hər an “lyüboy” adamın başına keçməyə, üzünə çırpılmağa hazır vəziyyətdə dayanır. Mən əlimi elə əsəbi vəziyyətdə, cəld şəkildə stəkana uzatdım ki, dostumun sifəti ağardı - dedi yəqin stəkanı kiminsə başına keçirəcəm. Ancaq mən o qədər axmaq deyiləm ki, xrustal stəkanı belə birinə sərf edim,yox əşi... Sudan iki qurtum aldım. Mədəmdə bir hay-küy başladı - gəl görəsən. Elə bil bir topa adam mitinq keçirərək qərara gəldilər ki,,bir quyu qazsınlar.Və başladılar,iqtidardan icəazəsiz filansız bu quyunu- mənim mədəmdə - qazmağa... --Biz indi gərək o poemanı çap elətdirək,və sübut edək ki,həqiqətən belə olub! --Siz bunu necə sübut eləmək istəyirsiniz? --Bu poemanı oxuyan hər üç adamdan biri infarkt olacaq... Əlimi başımın üstünə qaldırıb iki dəfə bərk silkələdim gözümün qabağında-oyağam ya yuxuda?Yoxsa ki,gündüzün günortası insan qətlindən- kütləvi insan qırğınından danışırlar.Özü də nəyin vasitəsilə... Kişi tərs-tərs mənə baxdı və yavaşca dostuma sual verdi: --Xəstədi? Mənə elə gəldi ki, stəkanin,xrustal stəkanın həyatı boyunca həsrətlə gözlədiyi “spes-naznaçenisinin” vaxtı çatıb. Yox qardaş,mən dözə bilmirəm. Gərək nə isə edim. Amma nə edim ki,dərindən nəfəs ala biləm,bir rahatlaşa biləm ondan sonra. --Hə...-dostum \ əclaf \ mənə göz vurdu—ruhi xəstədi.Yavaş danışmassan da olar- o lal-kardı. Gözlərim kəlləmə çıxdı – dostum - özünü həmişə ciddi bir insan kimi aparmağı sevən adam,mənimlə məzələnir. Mən bunun əvəzini səndə qoysam mənim adımı İzzət Namaz yox,Evsız Qanmaz qoyarlar.Hələ görüşəcik. --Yazıq adam... Mən özümü nə qədər lal-kar kimi aparmağa çalışsam da hirsimdən qıpqırmızı qızarmışdım, və bu da Məmməd müəllimin gözündən qaçmırdı. Dostum isə bütün hisslərini dərinə basdıraraq elə şəstlə dayanmışdı ki, mən hətta bir anlıq özümdən şübhələnməyə başladım - bəlkə mən doğrudan lal-kar olmuşam,dünyadan xəbərim olmayıb.Camaat burda şerlə adam öldürməkdən danışır.Yox vallah nə desən olar- biz axı indi XXI əsrdə yaşayırıq. Mən məcburi şəkilkdə otağı tərk elədim - yoxsa səbrsiz əsəblərimin nə reaksiya verəcəklərini heç Nastradamus da deyə bilməzdi. Dəhşətli dərəcədə gözəl təmir edilmiş redaksiyamızın tavanı başımıza uçmasın deyə tavana dayaq verilmiş daş sütunlardsan birinə söykənib ləzzətlə bir siqaret odladım. Hər dəfə burda siqaret çəkəndə ilk olaraq yadıma etika,estetika,nə bilim müasir və köhnə cəmiyyəti həm birləşdirən həm də ayıran oxşar və fərqli cəhətlər toplusu böyük bir qəzet yazısı kimi keçir gözlərimin önündən. Sən demə belə yerlərdə - ictimai yerlərdə siqaret çekmək olmazmış! Əlbəttə olmaz! Kim çekirsə böyük səhv edir! Amma bu yaradıcı adamlara aid deyil - onlar bunsuz yazıb-yarada bilməzlər. Onları bir istisna kimi qəbul etmək və bununla barışmaq lazımdır. Kimə lazımdır siqaret tüstülətməyən yazıçı? Məsələn biri elə mənim dostum! Guya bu məndən mədənidi - Allah bilir,evdə çekir,amma burada özünü çəkməyən kimi aparıır- yox əşi, imicinə xələl gələr. İçəridəyi də çıxmaq bilmir aa.Yox deyəsən dayana bilmirəm.Gərək keçim içəri,görüm onlar neyləyirlər.Birdən nədəsə qabağa düşərlər xəbərim olmaz. Keçdim içəri.Lənət şeytana...axı nəydi o gün mənim günahım ki,mən o gün bir rahatlıq tapa bilmədim.İçəridə əməlli başlı müharıbə gedirdi- ilk təəssürat bu oldu- hər tərəfə ünvansız güllələr,hər tərəfdən ünvanlı cavab atəşləri.Bəli,içəridə o kolxoz atasının Stalini məhv etməyə yazdığı şeri oxuyurdu..şer həqiqətən də əsl silah imiş- a kişi bu boyda hay-küylkə,belə gözəl və ideal qafiyələrlə nəinki Stalini,bütün o dövr ədəbiyyatçılarını da məhv etmək olardı.Bu nə şerdi belə?Zalım oğlu,bunu şer şəklində yazmaqdansa elə nəsr şəklində yazardı da..Əsas maraqlısı da burasında idi ki, şerdə nəinki Stalinə,nəinki sovet hökümətinə qarşı,heç küçədəki pişiyə də aid bir kəlmə yoxdu.Əksinə,o Stalin əgər həqiqətən bu poemanı oxuyubsa yəqin yaltaqlığın dərəcəsinə dözə bilməyib.Şer elə yumşaq şəkildə yazılıb ki,onu hansısa bir kişinin yazmasına belə şübhələnirsən. Mən əlimi stəkana atdım -– şerin oxunuşu dayandı və gözlər mənə zilləndi-- amma su yox idi stəkanda və dostum cəld mənə pəncərədəki qrafindən su tökdü, fürsətə salıb mənə bir göz də vurdu.Yəni gül kimi tamaşaya baxırıq,biletsiz-zadsız,sakit dur,sonra doyunca güləcik....İlk dəfə idi fikirlərimiz uzlaşırdı deyəsən.amma buna baxmayaraq mən səndən bu lalkar oyununun hayıfını alacam...tələsmə...Qaç a qaç deyil ki,səni divara suvaq vurar kimi....əstəğfurullah...yenə də dayana bilmədim.Yenə də keçmiş işimin terminləri -- yox qardaş burda nəsə var..Mən onu nə qədər uzaqlaşdırmaq istəsəm də o məndən əl çəkmir.Deyəsən yenə suvaqvurma işinə qayıdacam..Yox daha nələr...Adam əsəbləşəndə deyəsən ağlına yaman gic-gic şeylər gəlir. Dayana bilmədim bu vur-havura və çıxdım çölə.Kaş ayaqlarım sınaydı çölə çıxdığım yerdə... Çölə çıxan kimi bizim dəyərli müdirimizlə üz-üzə gəldim.Görüm onu elə bir vəziyyətə qalsın ki,gəlib indi mənim yanımda sement daşıyan fəhlə işləsin.Mənə mədəni şəkildə anlatdı ki,imkan az,yer dar olduğundan,işçinin biri ixtisara düşür,və mən axmaq da həmişə özümü dartaraq yuxarı çıxardığımdan elə bildim ki,söhbət mənim dəyərli yoldaşımdan gedir.Bayaqkı lal-kar haqsabı da durdu gözümə,dedim müdirə ki,”siz necə istəyirsiniz elə olsun.”Lap ləzzət edərdi mənə bu intiqam.Müdir də dedi ki,yaxşı ki mənlə rastlaşıb və bu mövzunu ikilikdə danışmağımız əla oldu.Mən də dedim ki,narahat olmasın,hər şey aramızda qalacaq.. Bu da axırı... Nahaq yerə mən əvvəlki işimi xatırlamırammış.Bəlkə də elə belə lazımmış... Bir neçə müddət sonra ki,mən işdən uzaqlaşdım- demək olar ki,könüllü,mən yazıq nə bilim ki,söhbət məndən,İzzət Namazdan gedir—həmin o Stalini məhv edən şeri gördüm bizim qəzetdə,özü də o vaxtki ünvanla yox,indiki prezidentimizə ithaflanmış şəkildə...bilmirəm bununla neyləmək istəyirlər...dostum özünü bu şerə gülürmüş kimi mənə göstərib,sonra da götürüb verib yayına.. Mən bu hekayəni isə bir redaksiya bilirəm,ora göndərəcəm... Bəlkə çap etdilər.. Bəlkə bu yazıdan sonra məni də əvvəlki yerimə qaytardılar... Bəlkə də qaytardılar... Bəlkə də.........

Baxış sayı:120
Dekabr 2, 2007 12:16 tarixində, zerdusht tərəfindən,
nəsr bölməsində yazılib.
Şərhlər(0)